Ərdoğan və Putin İdlib barədə razılığa gəldi - DETALLAR
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Rusiya XİN başçısı Sergey Lavrov birgə açıqlama verib.
Bundan əlavə, M4 avtomobil yolunun şimalında 6 kilometr və cənubunda 6 kilometr təhlükəsizlik kooridoru təsis olunacaq. Bu koridorun yaradılması yolları Türkiyə və Rusiya Müdafiə nazirlikləri tərəfindən 7 gün ərzində müəyyənləşdiriləcək.
Həmçinin Türkiyə-Rusiya ortaq qarovul birlikləri 15 mart 2020-ci il tarixində M4 avtomobil yolunun Trumbadan (Serakibin 2 kilometr qərbi) Ain-Əl-Havra qədərki ərazi boyunca xidmətə başlayacaq.
Bundan əlavə, tərəflər Suriyanın ərazi suverenliyini dəstəklədiklərini və terrorizmlə mübarizə aparacaqlarını təsdiq ediblər. Türkiyə Suriya hökumət qüvvələrinin hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayıb.
Qeyd edək ki, bu gün Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında Kremldə keçirilən görüş 6 saatdan çox davam edib.
Azvision.az