Səyahətə getməyən azərbaycanlılar - Çoxu “vaxtım yoxdur” deyir

   Səyahətə getməyən azərbaycanlılar -    Çoxu “vaxtım yoxdur” deyir
  06 Mart 2020    Oxunub:6556
Ötən il Azərbaycanda turizm səfərinə çıxmayan ölkə vətəndaşlarının sayı 5 milyon 392 min 447 nəfər olub.

Bu barədə Azvision.az ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2019-cu ildə 986 min 980 nəfər maddi imkanının olmaması səbəbindən turizm səfərinə çıxmayıb.
Turizm səfərinə çıxa bilməyən ölkə vətəndaşlarından 1 milyon 66 min 279 nəfəri bunu ev təsərrüfatında öhdəliklərlə bağlı boş vaxtının olmaması, 861 min 487 nəfəri iş yerində asudə vaxtının olmaması, 144 min 588 nəfəri təhsil almaqla əlaqədar asudə vaxtının olmaması, 51 min 193 nəfəri səhhətinin imkan verməməsi ilə əlaqələndiriblər.

O cümlədən 54 min 618 nəfər səfər edəcəyi təqdirdə təhlükəsizliyinə əmin olmamasını, 992 min 564 nəfər mehmanxana və ictimai iaşə obyektlərində qiymətlərin qane etməməsini, 838 min 56 nəfər mehmanxana və ictimai iaşə obyektlərində xidmətlərin qane etməməsini səbəb kimi qeyd edib.

Səfər etmək üçün marağı olmayanlar 271 min 660 nəfər təşkil edib. 125 min 22 nəfər isə digər səbəblərə görə turizm səfərinə çıxmayıb.

Turizm səfərinə çıxmayanların əksəriyyəti Aran iqtisadi zonasında yaşayanlardır. Onların sayı 1 milyon 399 min 480 nəfərdir. İkinci yerdə Bakı şəhərində yaşayan vətəndaşlar gəlir, belə ki, paytaxtda yaşayan 881 min 530 nəfər səfərə çıxmayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Səfər  





Xəbər lenti