Nazirlik təxirəsalınmaz tədbirləri davam etdirir

Nazirlik təxirəsalınmaz tədbirləri davam etdirir
  06 Mart 2020    Oxunub:1641
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirir.
Qurumdan Azvision.az -a verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin mütəxəssisləri liman rəhbərliyi ilə birgə tədbirlər həyata keçirməkdədir.

Koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə hazırda Azərbaycan Respublikasının bütün limanlarına xarici bayraq altında üzən gəmilərin giriş-çıxışı və limanlarda yük aşırmaları əməliyyatı Beynəlxalq Dəniz Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyyələrinə uyğun olaraq aparılır.

Azvision.az



Teqlər: NRYTN   Koronavirus  





Xəbər lenti