Koronavirusa yoluxanların və ölənlərin sayı azalır - ƏN SON RƏQƏMLƏR

Koronavirusa yoluxanların və ölənlərin sayı azalır -  ƏN SON RƏQƏMLƏR
  06 Mart 2020    Oxunub:12070
Dünyada koronavirusa yoluxma və ölüm hallarının sayında azalma müşahidə edilir.
Azvision.az Worldometers.info-a istinadən xəbər verir ki, bu günədək 98 min 851 nəfər yeni növ koronavirusa yoluxub, 3391 nəfər ölüb. Virusa yoluxmuş 55 min 807 xəstə sağalıb. Yerdə qalan 39653 nəfərdən 33375-nin vəziyyəti qənaətbəxş hesab olunur. 6238 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Bu günə kimi koronavirusa dünyanın 93 ölkəsində rast gəlib. Virusa ən çox yoxulma halı Çində (80559 nəfər) qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3042 nəfərə çatıb. Son sutka ərzində yoluxanların sayı cəmi 150 nəfər olub.

Koronavirusun yayılmasına görə ikinci sırada Cənubi Koreyadır. Bu ölkədə 6593 nəfər xəstə qeydə alınıb. Onlardan 42 nəfəri dünyasını dəyişib. Yeni ölüm halı baş verməyib.

Üçüncü sırada yer alan İtaliyada 3858 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 148 nəfəri ölüb. Orada da yeni ölüm faktı müəyyən edilməyib.

İrana gəldikcə isə, bu ölkədə 3513 yoluxma halı qeydə alınıb. 108 nəfər ölüb, yeni ölüm faktına rast gəlinməyib.

Ümumilikdə isə son 24 saat ərzində Çin daxil olmaqla digər ölkələrdə cəmi 34 nəfər virusdan dünyasını dəyişib. Hazırki rəqəmlər əvvəlki günlərlə müqayisədə koronavirusun dünya üzrə yayılması və ölüm hallarının azaldığını göstərir.







Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti