Azərbaycanda daha 9 “ASAN xidmət” mərkəzi açılacaq

Azərbaycanda daha 9 “ASAN xidmət” mərkəzi açılacaq
  06 Mart 2020    Oxunub:15006
Gələn ilin sonuna qədər "ASAN xidmət" mərkəzlərinin sayı 27 olacaq.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Agentlik sədri bildirib ki, onlardan bir neçəsi bu il, digərləri isə gələn il istifadəyə veriləcək: "Bu il Ağcabədi, Balakən və Bakı şəhərində 2 mərkəzin açılışı nəzərdə tutulur. Növbəti ildə Salyan, Lənkəran, Naxçıvanda, eyni zamanda Gəncə və Sumqayıtda əlavə bir mərkəz istifadəyə veriləcək".

Qeyd edək ki, hazırda “ASAN xidmət” mərkəzlərinin sayı 18-dir. Onlardan 5-i paytaxt Bakıda, digər 13-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir və Tovuzda yerləşir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASANxidmət   Mərkəz  





Xəbər lenti