28 May küçəsində hərəkət məhdudlaşdırılacaq

28 May küçəsində hərəkət məhdudlaşdırılacaq
  06 Mart 2020    Oxunub:1452
Bakının Nəsimi rayonunun 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Azvision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, məhdudiyyət martın 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər tətbiq olunacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Agentlik yaranacaq narahatlığa görə vətəndaşlardan üzr istəyib.

Azvision.az



Teqlər: Yol   Küçə  





Xəbər lenti