“Qucaqlaşmağı, öpüşməyi sonraya saxlayaq” - Ərdoğandan çağırış

  06 Mart 2020    Oxunub : 1235
 “Qucaqlaşmağı, öpüşməyi sonraya saxlayaq” - Ərdoğandan çağırış
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla bağlı vətəndaşlara çağırış edib.
Azvision.az xəbər verir ki, Ərdoğan insanları bir-biriləri ilə qucaqlaşmamağa və öpüşməməyə səsləyib.

Türkiyə Prezidenti tövsiyə edir ki, virusun yayılmasının qarşısı almaq məqsədilə bu cür hərəkətlərə yol verilməməlidir.

"Dünyada koronavirus var. Bu qucaqlaşmaları, öpüşmələri sonraya saxlayaq. Bunu mən sizdən xahiş edirəm", - deyə Ərdoğan bildirib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Ərdoğan   Koronavirus