Bakıdan rayonlara gedənlərin sayı xeyli artıb

   Bakıdan rayonlara gedənlərin sayı xeyli artıb
  06 Mart 2020    Oxunub:3049
Nazirlər Kabinetinin təhsil müəssisələrində tədrisin müvəqqəti dayandırılması ilə bağlı qərarından sonra Bakıdan rayonlara gedənlərin sayında artım müşahidə edilir.
Bakı Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova Azvision.az -a açıqlamasında bildirib ki, 3 mart tarixində Bakıdan bölgələrə 12 min sərnişin daşınıb.

"Yaz fəslində adətən sərnişinlərin sayında artım olur. Gün ərzində avtovağzalda sərnişin sıxlığı 7-9 min olur. Lakin 3 mart tarixində bölgələrə daşınan sərnişinlərin sayı 12 min nəfər təşkil edib. Sıxlığın artması məktəblərin bağlanması ilə əlaqədardır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Avtovağzal   Məktəb  





Xəbər lenti