Azərbaycan koronavirusla mübarizəyə 5 milyon dollar ayırdı

 Azərbaycan koronavirusla mübarizəyə 5 milyon dollar ayırdı
  06 Mart 2020    Oxunub:2827
Azərbaycan Respublikası və Dünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə DST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.
Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Respublikası DST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. DST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.

Azərbaycan Respublikasının DST ilə səmərəli əməkdaşlığı davam edir və martın 8-də qurumun ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək.

Azvision.az



Teqlər: ÜST   Azərbaycan  





Xəbər lenti