Martın 8-də “ASAN xidmət” işləməyəcək

Martın 8-də “ASAN xidmət” işləməyəcək
  06 Mart 2020    Oxunub:2090
Martın 8-də Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, vətəndaşlar martın 9-dan etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. “ASAN Kommunal” mərkəzlərində isə bazar günü qeyri-iş günüdür.

Hazırda ölkəmizdə 18 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir və Tovuzdadır.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Azvision.az



Teqlər: ASAN-xidmət  





Xəbər lenti