Bakıda yeni məktəb binaları tikilir

Bakıda yeni məktəb binaları tikilir
  06 Mart 2020    Oxunub:1942
Paytaxtda 2020-2021-ci tədris ilinədək bir neçə məktəb binası əsaslı təmir olunacaq. Həmçinin bir neçə təhsil ocağı üçün yeni bina tikiləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a bildirilib ki, Suraxanı rayonu Əmircan qəsəbəsində fəaliyyət göstərən 97 nömrəli tam orta məktəbin köhnə binası sökülərək yerində 4 mərtəbəli 2 korpusdan ibarət yeni məktəb binası tikilir.

Qarşıdakı tədris ilinə kimi istifadəyə veriləcək növbəti təhsil ocağı isə 154 nömrəli tam orta məktəbdir. İki korpusdan ibarət olan yeni məktəb binası 960 şagird üçün nəzərdə tutulur.

Azvision.az



Teqlər: Bakı   Məktəb   Bina   tikinti  





Xəbər lenti