Sabirabadda silah-sursat tapılıb

Sabirabadda silah-sursat tapılıb
  06 Mart 2020    Oxunub:3063
Martın 6-da saat 11:22-də Ədliyyə Nazirliyinin Sabirabad Rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) iş üzrə maddi sübut olan bir ədəd süngü bıçağının, iki ədəd 14,5 millimetr kalibirli, 150 ədəd 5,45 millimetr kalibirli, 216 ədəd 7,62 millimetr kalibirli patronların, “Kalaşnikov” konstruksiyalı silahın hissəsi olan üç ədəd sandıqçanın, bir ədəd “AQS-17” markalı gilizli qumbaranın və bir ədəd təlim məşq təyinatlı “RQD-5” qumbarasının götürülərək zərərsizləşdirilməsi barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 367 ədəd müxtəlif çaplı patron, bir ədəd təlim məqsədli əl qumbarası (RQD-5), üç ədəd avtomat darağı, bir ədəd silah qumbarası (VOQ-17) və bir ədəd süngü bıçağının yararsız qını aşkarlanıb. Onlar götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti