“Lada Qranta” “KamAZ”a çırpıldı - 3 nəfər öldü

“Lada Qranta” “KamAZ”a çırpıldı -   3 nəfər öldü
  07 Mart 2020    Oxunub:3082
Rusiyada “KamAZ” markalı yük avtomobili ilə “Lada Qranta” markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə İrkutsk vilayətində baş verib. Ağır qəzada “Lada Qranta”da olan 56 yaşlı sürücü, 26 və 27 yaşlı iki qadın dünyasını dəyişib.

Avtomobil İrkutskdan Bratsk şəhərinə doğru hərəkət edirmiş. Nəticədə nəqliyyat vasitəsi dönmə əməliyyatı həyata keçirən yük avtomobilinə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Rusiya   Qəza  





Xəbər lenti