Avropa İttifaqı: “Türkiyə böyük yük altındadır”

  Avropa İttifaqı:   “Türkiyə böyük yük altındadır”
  07 Mart 2020    Oxunub:2165
"Türkiyənin yükü böyükdür. Söhbət dəstəyə ehtiyacı olan 4 milyon insandan gedir. Bunu anlamaq məcburiyyətindəyik".
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell suriyalı qaçqınlar məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Türkiyə qaçqınlardan Avropa İttifaqına təzyiq vasitəsi kimi istifadə etməməlidir: "Qaçqınların təzyiq vasitəsi kimi istifadə olunmasını qəbul edə bilmərik. Lakin Türkiyənin böyük yük altında olduğu həqiqətdir".

Rusiya və Türkiyənin İdlibdə atəşkəs qərarına münasibət bildirən Borrel deyib: "Atəşkəsin əldə olunmasından məmnunam. Atəşkəs yaxşı xəbərdir, ən azından yaxşı niyətdir. Baxaq görək, razılaşma necə tətbiq olunacaq".

J.Borrel, həmçinin Aİ-nin Türkiyə və Rusiya ilə münasibətləri qaydaya qoymasının vacibliyini vurğulayıb.

Kənan Məmmədov
Azvision.az



Teqlər:   Türkiyə   Rusiya   İdlib  





Xəbər lenti