Lerikdə torpaq sürüşməsi: Ev dağıldı, ölən var (VİDEO)

  07 Mart 2020    Oxunub : 3493
 Lerikdə torpaq sürüşməsi: Ev dağıldı, ölən var (VİDEO)
Bu gün səhər saatlarında Lerik rayonunun Çayrud kəndində torpaq sürüşməsi baş verib.
Azvision.az -ın məlumatına görə, hadisə nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus həyətyanı ev dağılaraq yararsız vəziyyətə düşüb.

Ev sahibi A.Əlirzayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Hadisə zamanı ailənin daha iki üzvü isə yaralanıb.



Azvision.az

Teqlər: Lerik   Uçqun