Xəbər verdiyimiz kimi, martın 7-də saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı əsgər Qarayev Eltun Elman oğlu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb. Dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Azvision.az -ın məlumatına görə, həlak olan əsgər Bərdə rayonunun Qazıqurdalı kəndində anadan olub. Onun nəşi bu gün doğma kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri həyata keçirilir.