“Yatdıqları yerdə ev üstlərinə uçub” - Lerikdəki hadisənin təfərrüatı

   “Yatdıqları yerdə ev üstlərinə uçub” -    Lerikdəki hadisənin təfərrüatı
  07 Mart 2020    Oxunub:10279
Lerik rayonunun Çayrud kəndində faciəli hadisə baş verib. Bu gün saat 08:00 radələrində torpaq sürüşməsi nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. Hadisə zamanı A.Əlirzayev həlak olub, onun həyat yoldaşı və iki övladı yaralanıb.
Bu barədə Azvision.az -a Çayrud kənd inzibati ərazi dairəsi üzrə rəsmi nümayəndə Xanlar Həmidov məlumat verib.

Onun sözlərinə görə, dağılan ev yeni tikili olub: “Arif yarğanın dibini hamarlayıb, iki mərtəbəli böyük ev tikmişdi. Son günlər yağıntı çox olduğundan torpaq boşalıb. Bu gün səhər saatlarında onlar yatdıqları vaxt ev uçub, üstlərinə düşüb. Arif betonun altında qalıb. Hadisə yerində dünyasını dəyişib. Həyat yoldaşı və uşaqlarını xilas etmək mümkün olub. Heyif, Arifi 40 yaşında belə faciəli şəkildə itirdik”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Lerik   Uçqun   Ev  





Xəbər lenti