Azərbaycan nefti 7 dollar ucuzlaşdı

  07 Mart 2020    Oxunub : 1701
 Azərbaycan nefti 7 dollar ucuzlaşdı
Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.
Azvision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 6,72 dollar geriləyərək 47,16 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az

Teqlər: Neft