"Hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq" - XİN-dən sərt bəyanat

  07 Mart 2020    Oxunub : 2836
 "Hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq" - XİN-dən sərt bəyanat
"Bu ilin martın 7-də Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman əsgərimiz Qarayev Eltun Elman oğlu Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib".
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumatda deyilir ki, bu qətl həftə ərzində düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi ikinci qanlı təxribat və cinayət halıdır və onun bütün məsuliyyətini Ermənistan daşıyır.

"Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan heç bir hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq. Allah şəhidimizə rəhmət eləsin", nazirlikdən bildirilib.

Azvision.az

Teqlər: XİN   DSX