“Bütün balaca soydaşlarımızı bağrıma basıram” - Mehriban Əliyeva

“Bütün balaca soydaşlarımızı bağrıma basıram” -    Mehriban Əliyeva
  08 Mart 2020    Oxunub:4464
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində etdiyi paylaşımda autizm sindromlu uşaqlara 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib.
Azvision.az xəbər verir ki, paylaşımda deyilir: “Beynəlxalq Qadınlar Günü münasibətilə autizm sindromlu uşaqlar tərəfindən sevgi ilə hazırlanmış videoçarx mənə xoş, isti, işıqlı duyğular yaşatdı. Bu uşaqların simasında mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram, hər birinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt gələcək arzulayıram!”.



Azvision.az


Teqlər: Birincivitse-prezident   MehribanƏliyeva  





Xəbər lenti