Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
  08 Mart 2020    Oxunub:1619
Azərbaycanda martın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava əasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-5° isti, gündüz 10-15° isti olacaq.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti