Fransada daha bir deputat koronavirusa yoluxub

  Fransada daha bir deputat koronavirusa yoluxub
  08 Mart 2020    Oxunub:2452
Fransanın daha bir deputatı yeni növ koronavirusa yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə üzrə baş direktor Jerom Salomon məlumat verib. Həmin deputatın kimliyi açıqlanmayıb.

Onun sözlərinə görə, Fransada virusdan ölənlərin sayı 16, yoluxanların sayı isə 949 nəfərə çatıb. Son 24 saat ərzində 336 yoluxma faktı qeydə alınıb.

Azvision.az


Teqlər: Fransa   Virus  





Xəbər lenti