DSX: Düşmən təxribatının qarşısı alındı

  08 Mart 2020    Oxunub : 5300
 DSX: Düşmən təxribatının qarşısı alındı
Bu gün saat 14:00 radələrindən başlamaqla Azərbaycan-Ermənistan döv­lət sərhədinin Qazax ra­yo­nunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­ub.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Azvision.az -a verilən məlumata görə, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­qeləri cavab atəşi ilə susdurulub.

Azvision.az

Teqlər: DSX