Türkiyədə avtobus qəzası - 35 yaralı var

Türkiyədə avtobus qəzası -    35 yaralı var
  09 Mart 2020    Oxunub:3747
Türkiyənin Osmaniyə əyalətində muzeydən qayıdan insanları daşıyan avtobus yol kənarına aşıb.
Azvision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəza nəticəsində 35 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb edilib. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.

Azvision.az


Teqlər: Türkiyə   Qəza   Avtobus  





Xəbər lenti