Bu günə gözlənilən hava proqnozu

Bu günə gözlənilən hava proqnozu
  09 Mart 2020    Oxunub:1588
Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Arabir güclənən cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti