ÜST-ün nümayəndə heyəti Bakıya gəldi

  09 Mart 2020    Oxunub : 1199
ÜST-ün nümayəndə heyəti Bakıya gəldi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
ÜST-ün Azərbaycandakı Nümayəndəliyindən Azvision.az -a verilən məlumata görə, nümayəndə heyətinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Səhiyyə Nazirliyi və digər qurumlarla görüşü nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Azvision.az

Teqlər: ÜST