Suraxanıda ağır yol qəzası: 2 ölü, 3 yaralı

Suraxanıda ağır yol qəzası:    2 ölü, 3 yaralı
  09 Mart 2020    Oxunub:4232
Paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, martın 7-də saat 23 radələrində Suraxanı qəsəbəsi A.Rzayev küçəsində Bakı şəhər sakinləri Y.Nadirovun idarə etdiyi “KİA” və Şəhriyar Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Həsənov və sərnişinlərindən anası Minayə Hüseynova hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Bakı   Qəza   Yiol  





Xəbər lenti