Bakı sakinindən 2 kq-dan çox heroin götürülüb

Bakı sakinindən 2 kq-dan çox heroin götürülüb
  09 Mart 2020    Oxunub:1716
Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sahil qəsəbə sakini M.Zeynalovun yaşadığı evə baxış zamanı 2 kiloqram 35 qram heroin, idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı 277 qramdan artıq heroin və 21 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: Bakı   Narkotik  





Xəbər lenti