FHN ağırçəkili şəxslərin köməyinə çatdı

FHN ağırçəkili şəxslərin köməyinə çatdı
  09 Mart 2020    Oxunub:1625
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin mənzilinə qaldırılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan xilasedicilər tərəfindən vətəndaşa yardım edilib.

Azvision.az




Teqlər: FHN   Xilasetm  





Xəbər lenti