Şəmkirdə oğurluq edən şəxslər tutulub

Şəmkirdə oğurluq edən şəxslər tutulub
  09 Mart 2020    Oxunub:1705
Martın 1-də Şəmkir Rayon Polis Şöbəsinə rayonun Qaracaəmirli kəndindəki internet klubdan oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvanda müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, hadisə yerindən ümumi dəyəri 6500 manat olan 4 ədəd müxtəlif markalı televizor və 4 ədəd oyun aparatı oğurlanıb.



Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, 29 yaşlı Fuad İbrahimov və əvvəllər məhkum olunmuş 27 yaşlı Ayxan Hüseynov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təqdim ediliblər.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Şəmkir   Oğurluq  





Xəbər lenti