İtaliya "qırmızı bölgə" elan edildi

  10 Mart 2020    Oxunub : 2065
 İtaliya "qırmızı bölgə" elan edildi
İtaliyanın Baş naziri Cüzeppe Konte yeni növ koronavirusun geniş yayılması səbəbindən bütün ölkəni "qırmızı bölgə" elan edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, koronavirusa yoluxanların və ölənlərin sayına diqqət çəkən Baş nazir rəqəmlərin əhəmiyyətli dərəcədə artdığını bildirib.

“Artıq vaxt qalmadı. Hamımız İtaliyanın rifahı üçün nələrdənsə imtina etməliyik. Artıq tək bir qırmızı bölgə yox, tək bir İtaliya, qorunmalı olan İtaliya var. Bütün ölkəni qırmızı bölgə elan edirik", - deyə Konte vurğulayıb.

Baş nazir ölkə üzrə sərbəst hərəkətin məhdudlaşdırılacağını, təsdiqlənmiş iş və ya sağlamlıq səbəbləri xaricində heç bir hərəkətin olmayacağını deyib. Bundan əlavə, toplaşma qadağası da tətbiq ediləcək.

Xatırladaq ki, İtaliyada koronavirusa yoluxanların sayı 9172, ölənlərin sayı isə 463 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İtaliya