Yeni spiker kimdir? - DOSYE

Yeni spiker kimdir? -  DOSYE
  10 Mart 2020    Oxunub:42062
Bu gün VI çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda parlamentin yeni sədri məlum olub.

Belə ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədri kimi namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində 116 səs leyinə olmaqla Sahibə Qafarova parlamentin sədri seçilib.
Azvision.az -ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan Sahibə Qafarova 1955-ci ildə anadan olub. S.Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib. 1978-1980-ci illərdə Şəmkir şəhərində orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib.



1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində işləyib. 2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorudur.

O, ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur. Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü olub.





Anar Kəlbiyev
Azvision.az


Teqlər: Spiker   SahibəQafarova  





Xəbər lenti