Evlənmək istəyən 342 nəfərdə talassemiya aşkarlandı

Evlənmək istəyən 342 nəfərdə talassemiya aşkarlandı
  10 Mart 2020    Oxunub:2175
2020-ci ilin fevral ayı ərzində evlənmək istəyən 10189 nəfər tibbi müayinədən keçib. Onlardan 342 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ötən ay müayinədən keçən 6 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib. Ümumilikdə, 2020-ci ilin 2 ayında evlənmək istəyən 20136 nəfər tibbi müayinədən keçib. Onlardan 595 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Müayinədən keçən 8 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Evlilik   Talassemiya  





Xəbər lenti