Asiyanın ən varlı adamı məlum oldu - Sərvəti 44,5 milyard dollardır

  10 Mart 2020    Oxunub : 5437
Asiyanın ən varlı adamı məlum oldu - Sərvəti 44,5 milyard dollardır
Çinin dünyaca məşhur olan “Alibaba” korporasiyasının qurucusu Cek Ma (Ma Yun) Hindistanın “Reliance Industries” holdinqinin sahibi Mukeş Ambani qabaqlayaraq Asiyanın ən varlı adamı tituluna sahib olub.
Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Çinli biznesmen varidatı 44,5 milyard dollar dəyərində qiymətləndirilməklə, dünyanın ən varlı adamları siyahısında 18-ci yeri tutub.

Ötən gün təxminən 5.8 milyard dollar itirən Ambaninin varidatı isə 41.8 milyard dollardır (reytinqdə 19-cu yer).

Qeyd edək ki, “Alibaba” 1999-cu ildə yaradılıb, dünyada elektron ticarət və rəqəmsal ödənişlərlə məşğul olan ən böyük şirkətlərdən biridir. Cek Ma 10 sentyabr 2019-cu ildə, korporasiyanın qurulmasının 20-ci ildönümündə vəzifəsindən gedib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Asiya   Milyarder   Alibaba