Yeni parlamentin sədr müavinləri seçildi

 Yeni parlamentin sədr müavinləri seçildi
  10 Mart 2020    Oxunub:3257
VI çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında parlament sədrinin yeni müavinləri məlum olub.

Azvision.az xəbər verir ki, səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli Milli Məclis sədrinin birinci müavini, Adil Əliyev və Fəzail İbrahimli isə vitse-spiker seçiliblər.
Qeyd edək ki, Milli Məclisin yeni sədri Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan Sahibə Qafarovadır.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Sədr  





Xəbər lenti