Operativ qərargah: Toy və yas məclisləri təxirə salınmalıdır

Operativ qərargah:  Toy və yas məclisləri təxirə salınmalıdır
  10 Mart 2020    Oxunub:35826
Nazirlər Kabineti yanında operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini dəyişdirməyə çağırır.
Operativ qərargahdan Azvision.az -a verilən məlumata görə, həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.

Azvision.az


Teqlər: Toy   Qərargah  





Xəbər lenti