“Mənim üçün sürpriz hazırlayırlar” - Canəli Əkbərov

  10 Mart 2020    Oxunub : 2417
 “Mənim üçün sürpriz hazırlayırlar” - Canəli Əkbərov
Bu gün Xalq artisti Canəli Əkbərovun doğum günüdür. 80 yaşını qeyd edən xanəndə yeni yaşın təəssüratlarını Azvision.az -la bölüşüb. Xalq artisti yaşa dolsa da, özünü gümrah hiss etdiyini bildirib.
“Yeni yaşım mənə çox yaxşı təsir etdi. Bu gün yuxudan durdum və gördüm ki, əcaib bir şey yoxdur. Hər şey yaxşıdır. Doğum günümdə ən böyük arzum, istəyim hər şeyin öz qaydasında olmağını görməkdir. Onda lap xoşhal oluram. Axşam bütün nəvələr, nəticələr, kötücələr hamısı bizə yığışacaqlar. Babalarına ad günü sürprizi edəcəklər. Baba da onları çox istəyir. Hər ayın axırı gələndə onların payını ayırıram.

Həmişə nikbin insan olmuşam. Tələbələrim mənə stimul verirlər. Bu müddət ərzində məni tək qoymadılar. Hər həftə gəlib arayıb axtarırlar. Məni sevindirən şeylərdən biri də odur ki, Mədəniyyət naziri Əbülfəz Qarayev şəxsən zəng edib, səhər saatlarında məni təbrik etdi. Bu gün kefim lap əladır. O qədər təbriklərə cavab vermişəm ki, hətta bir az da yorulmuşam”, - deyə Canəli Əkbərov vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Canəli-Əkbərov