“Növbədənkənar seçkilərə ehtiyac yoxdur” - Putin

 “Növbədənkənar seçkilərə ehtiyac yoxdur” -  Putin
  10 Mart 2020    Oxunub:2258
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına erkən seçkilərin keçirilməsi təklifini dəstəkləməyib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Putin Dövlət Dumasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, növbədənkənar seçkilərə ehtiyac yoxdur.

Xatırladaq ki, Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski konstitusiya dəyişikliklərinin qəbulundan sonra erkən parlament seçkilərinin keçirilməsini təklif edib.

“Əgər yenilənmiş konstitusiya aprel ayında qüvvəyə minsə, o zaman Dövlət Dumasına erkən seçkilər keçirilməlidir", Jirinovski vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Duma   Seçki  





Xəbər lenti