"Gənc kadrları Milli Məclisin işinə cəlb edəcəyik" - Aparat rəhbəri

  10 Mart 2020    Oxunub : 1521
 "Gənc kadrları Milli Məclisin işinə cəlb edəcəyik" - Aparat rəhbəri
Milli Məclisin rəhbərliyi, komitə sədrləri dəyişib və bütün bunlar göstərir ki, ölkədə aparılan islahatlar Milli Məclisdə də davam etdirilir.
Azvision.az xəbər verir ki, bunu bunu AZTV-yə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

Onun sözlərinə görə, bundan sonra Milli Məclisin fəaliyyətində də yəqin ki, dəyişikliklər olacaq.

"Bu, həm qanunvericilik fəaliyyətinə aid olacaq, həm təmsilçilik, həm nəzarət, həm də beynəlxalq əlaqələr sahələrinə. Eyni zamanda, Milli Məclisin aparatında da islahatlar həyata keçirməliyik: müasir dövrə uyğun həm struktur dəyişiklikləri, həm də kadr islahatları. Gənc kadrları Milli Məclisin işinə cəlb edəcəyik. Ümid edirəm ki, Milli Məclisin yeni rəhbərliyi yaxın günlərdə böyük işlər görəcək”.

Azvision.az

Teqlər: SəfaMirzəyev   Aparatrəhbəri