“Aysel Ələkbərzadə "feminist hərəkatı"nın qurbanıdır” - Eldar Sultanov

 “Aysel Ələkbərzadə "feminist hərəkatı"nın qurbanıdır” -  Eldar Sultanov
  10 Mart 2020    Oxunub:8732
İntihar etmək məqsədilə özünü kirayədə yaşadığı mənzilin ikinci mərtəbəsindən atan Aysel Ələkbərzadə feminist hərəkatının qurbanıdır.
Azvision.az xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

O bildirib ki, istintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin feminist hərəkatının ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır. Cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (“Nurlan Libre” təxəllüslü), Yusif İsayev dindiriliblər. Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin təşəbbüsü ilə hazırlanması, ona təqdim olunması və aksiyada nümayiş etdirilməsi xüsusatları araşdırılır və qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində ciddi tədbirlər görüləcək.

E.Sultanov, həmçinin vurğulayıb ki, aksiyanın təşkilatçıları, fəalları, eləcə də Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl və digər şəxslərin dindirilməsi təmin olunacaq.

Azvision.az


Teqlər: Aysel-Ələkbərzadə  





Xəbər lenti