Norveçin Müdafiə naziri karantinə alındı

  Norveçin Müdafiə naziri karantinə alındı
  11 Mart 2020    Oxunub:2653
Norveçin Müdafiə naziri Frank Bakke-Yensen koronavirus şübhəsilə karantinə alınıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən nazirin bütün səfər və görüşləri təxirə salınıb.

Ona hələlik koronavirus diaqnozu qoyulmayıb, yaxın günlərdə analizlərin nəticələrinin açıqlanacağı bildirilib. Hazırda Müdafiə naziri həkim nəzarətindədir.

Azvision.az


Teqlər: Koronavirus   Norveç  





Xəbər lenti