İrandan qayıdan daha iki azərbaycanlıda koronavirus aşkarlandı

  10 Mart 2020    Oxunub : 2710
İrandan qayıdan daha iki azərbaycanlıda koronavirus aşkarlandı
İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabinetinin yanında operativ qərargahdan Azvision.az -a verilən məlumata görə, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər.

Hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Azvision.az

Teqlər: İran   Koronavirus   Nazirlər-Kabineti