“Turistlər dilemma qarşısında qalıblar” - Turizm Bürosunun rəhbəri

 “Turistlər dilemma qarşısında qalıblar” -    Turizm Bürosunun rəhbəri
  11 Mart 2020    Oxunub:2562
"Koronavirus dünya turizminə təsirsiz ötüşməyib. Bu, bir faktdır və çox təəssüf edirik"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid deyib. Onun sözlərinə görə, Azərbaycana gələn turistlər kimi digər ölkələrə gedən şəxslər də dilemma qarşısında qalıblar.

"Hazırda bu vəziyyətin nə vaxt bitəcəyini bilmirik. Lakin biz çox optimistik və inanırıq ki, vəziyyət tezliklə düzələcək. Ağır müddəti birlikdə keçmək və tərəfdaşların yanında durmaq birinci məqsəddir. İkinci məqsəd bu vəziyyətin yaratdığı iqtisadi çətinlikləri ən minimum səviyyədə aşağı salmaqdır. Üçüncü məqsəd odur ki, vəziyyət yenidən normallaşdırdıqda Azərbaycanın insanların səyahət etmək üçün ağıllarına gələn ilk məkanlardan olmasına çalışmaqdır", - deyə Turizm Bürosunun rəhbəri qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Turist  





Xəbər lenti