Deputatlara iki gündən sonra vəsiqə veriləcək

 Deputatlara iki gündən sonra vəsiqə veriləcək
  11 Mart 2020    Oxunub:2505
Xəbər verdiyimiz kimi, ötən gün VI çağırış Milli Məclisin yeni tərkibdə ilk iclası keçirilib. Həmin iclasda deputat vəsiqələri parlament üzvlərinə təqdim olunmayıb.

Azvision.az -ın məlumatına görə, Milli Məclisin martın 13-də keçiriləcək plenar iclasında deputatlara vəsiqələrin verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, deputat vəsiqələrini Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov təqdim edəcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MilliMəclis   İclas   Deputat  





Xəbər lenti