Prezidentlərin geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Azərbaycanın və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi təsisatlarda sıx əməkdaşlıq etdiyinin vurğulandığı görüşdə diqqətə çatdırılıb ki, ölkələrimiz daim bir-birlərinin təşəbbüslərinə dəstək göstərirlər.
Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin və nəqliyyat daşımalarının artması məmnuniyyətlə qeyd olunub.
Söhbət zamanı Xəzər dənizinin Azərbaycan və Türkmənistanı birləşdirən məkan olduğu bildirilib, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində enerji, kənd təsərrüfatı, elm-təhsil, turizm, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev