Koronavirusdan sağalanların sayı 66582 nəfərə çatıb - SON RƏQƏMLƏR
Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, virusa yoluxmuş 66 min 582 xəstə sağalıb. Yerdə qalan 48402 nəfərdən 42655-nin vəziyyəti qənaətbəxş hesab olunur. 5747 xəstənin durumu orta-ağır qiymətləndirilir.
Koronavirusun yayılmasına görə ikinci sırada İtaliyadır. Bu ölkədə 10149 nəfər xəstə qeydə alınıb. Onlardan 631 nəfəri dünyasını dəyişib.
Üçüncü yerdə qərarlaşan İranda isə 8042 virusa yoluxma halı təsdiqlənib. 291 nəfər dünyasını dəyişib.
Dördüncü sırada yer alan Cənubi Koreyada 7755 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 61 nəfəri ölüb. Son 12 saat ərzində 242 nəfər yeni virusa yoluxub, 1 nəfər ölüb.
Ümumilikdə son 12 saat ərzində dünya üzrə cəmi 361 virusa yoluxma halı qeydə alınıb, 26 nəfər dünyasını dəyişib.
Kənan Məmmədov
Azvision.az
Teqlər: Koronavirus