“Böhranın təsiri mart-aprel aylarında hiss ediləcək” - Kənan Quluzadə

  11 Mart 2020    Oxunub : 2066
“Böhranın təsiri mart-aprel aylarında hiss ediləcək” - Kənan Quluzadə
Dünya turizmində 30-40 faizə qədər azalma müşahidə olunur. Lakin məlumatlar gündəlik dəyişir. İndi təşvişə düşmək üçün səbəb yoxdur.
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, Azərbaycanda prosesin idarə edilməsi kifayət qədər yüksək səviyyədə aparılır.

"Hesab edirəm ki, böhranı keçirə bilərik. Yanvar-fevral aylarında Azərbaycana gələnlərin sayı artıb. Mart-aprel aylarında isə qlobal böhranın təsiri turizmdə hiss ediləcək".

K.Quluzadə, həmçinin qeyd edib ki, daxili turizm üzrə layihələrdə dəyişiklik yoxdur və bütün layihələr öz axarı ilə davam edir.

Aytən Zəhra
Azvision.az

Teqlər: KənanQuluzadə