“DOST” mərkəzlərinə müraciətlərin sayı 90 mini ötüb

  11 Mart 2020    Oxunub : 1373
“DOST” mərkəzlərinə müraciətlərin sayı 90 mini ötüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyi 10 aylıq fəaliyyəti dövründə 90, 3 min vətəndaşa xidmət göstərib. Müraciətlərin 69,3 mini sosial müdafiə, 12 mini məşğulluq, 4,4 mini isə nazirliyin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi, 4,2 mini əlillik, 386-sı isə əmək münasibətləri sahəsinə aid olub.
Azvision.az xəbər verir ki, mərkəzə üz tutan vətəndaşların 83,6 mini 1 saylı, 6, 6 mini isə 2 saylı DOST mərkəzlərinə müraciət edib.

Mərkəzə müraciət edən vətəndaşların 57 mini Bakının Yasamal, 17,5 mini Səbail, 5,1 mini Xəzər və Pirallahı rayonlarını, 2,8 mini paytaxtın digər rayonlarını, 7,8 mini ölkəmizin müxtəlif bölgələrini təmsil ediblər.

Fəaliyyəti müddətində mərkəzlərdə 37, 7 min vətəndaş monitorinqə cəlb olunub. Onlardan 29,7 mini, yaxud monitorinqə cəlb olunanların 96,1 faizi xidmətdən razı qaldığını bildiriblər.

Azvision.az

Teqlər: DOST   ƏƏSMN   Mərkəz