“Evdən çıxanda mütləq maska taxılmalıdır” - TƏBİB-dən xəbərdarlıq

  11 Mart 2020    Oxunub : 5327
 “Evdən çıxanda mütləq maska taxılmalıdır” - TƏBİB-dən xəbərdarlıq
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xarici ölkələrdən Azərbaycana gələnlərə xəbərdarlıq edib.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, xaricdən son 14 gün ərzində gələnlər buradakı ilk 14 günlərini evdə keçirməlidirlər. Həmin şəxslərin olduqları məkan tez-tez havalandırılmalıdır:

"Mümkün qədər az insanla təmasda olmalıdırlar. Yaşlı və xroniki xəstəliyi olan insanlarla təmas olmamalı, əllər sabunla tez-tez yuyulmalıdır. Evdən çıxanda mütləq maska taxılmalıdır. Soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng edilməlidir”.



Azvision.az

Teqlər: TƏBİB