“Evdən çıxanda mütləq maska taxılmalıdır” - TƏBİB-dən xəbərdarlıq

 “Evdən çıxanda mütləq maska taxılmalıdır” -    TƏBİB-dən xəbərdarlıq
  11 Mart 2020    Oxunub:6227
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xarici ölkələrdən Azərbaycana gələnlərə xəbərdarlıq edib.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, xaricdən son 14 gün ərzində gələnlər buradakı ilk 14 günlərini evdə keçirməlidirlər. Həmin şəxslərin olduqları məkan tez-tez havalandırılmalıdır:

"Mümkün qədər az insanla təmasda olmalıdırlar. Yaşlı və xroniki xəstəliyi olan insanlarla təmas olmamalı, əllər sabunla tez-tez yuyulmalıdır. Evdən çıxanda mütləq maska taxılmalıdır. Soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng edilməlidir”.



Azvision.az



Teqlər: TƏBİB  





Xəbər lenti